Əsas məzmuna keç

Belarus NATO ilə praqmatik dialoqu davam etdirməyə hazır olduğunu açıqlayıb

Belarus NATO ilə praqmatik dialoqu davam etdirməyə hazır olduğunu açıqlayıb

bu barədə beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi - Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə müavini general-mayor Valeri Revenko...

Vyana Sənədi çərçivəsində Şimali Atlantika Alyansına üzv dövlətlərlə dialoqu davam etdirməyə ümid edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hərbi idarəsinin rəisi - Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə müavini general-mayor Valeri Revenko bildirib.

Onun sözlərinə görə, sənəd çərçivəsində dialoqun bərpası silahlı qüvvələrin, o cümlədən sərhədyanı ərazilərdə fəaliyyəti ilə bağlı bir sıra aktual məsələlərin həllinə kömək edəcək.

“Ümid edirik ki, Vyana Sənədinin imkanlarının obyektiv qiymətləndirilməsi, regional etimad və tədbirləri həm Belarus Respublikası ilə həmsərhəd olan dövlətlərə və digər ölkələrə yeganə düzgün qərar qəbul etməyə və praqmatik dialoqa qayıtmağa imkan verəcək”,- deyə o, bildirib.

General-mayorun sözlərinə görə, Belarus istər bütövlükdə, istərsə də sərhədyanı ərazilərdə silahlı qüvvələrin fəaliyyəti ilə hər hansı şəkildə bağlı olan bir çox aktual məsələlərin öz həllini tapacağına əmindir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…