Operativ Məlumat Mərkəzi

BDYPİ sürücüləri xarici işıq cihazlarının sazlığına diqqət yetirməyə çağırıb

1 dəq
Paylaş:
BDYPİ sürücüləri xarici işıq cihazlarının sazlığına diqqət yetirməyə çağırıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsi (BDYPİ) sürücülərə müraciət yola çıxmazdan əvvəl vasitələrinin texniki vəziyyətinə, xüsusən də xarici işıq cihazlarının sazlığına və təmizliyinə yetirməyə çağırıb.

BDYPİ-nin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ön və arxa fənərlər, dönmə işıq göstəriciləri, geriyə hərəkət və işıqqaytarıcı sistemlər yalnız yolu deyil, sürücünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edir.

Sutkanın qaranlıq vaxtı, eləcə də dumanlı və yağışlı havalarda işıq cihazlarının düzgün işləməməsi görmə məsafəsini azaldır, qəza riskini artırır.

“Unutmayaq ki, təhlükəsiz yol hər birimizin məsuliyyətidir”, - deyə məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax