Operativ Məlumat Mərkəzi

Bazar gününə olan hava proqnozu açıqlanıb - 19.07.2025

1 dəq
Paylaş:
Bazar gününə olan hava proqnozu açıqlanıb - 19.07.2025

Bakıda və yarımadasında iyulun 20-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, -qərb gündüz cənub- küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, yarımadanın bəzi yerlərində 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 28-33° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax