Operativ Məlumat Mərkəzi

Bazar gününə olan hava proqnozu açıqlanıb - 18.05.2024

2 dəq
Paylaş:
Bazar gününə olan hava proqnozu açıqlanıb - 18.05.2024

Bakıda və yarımadasında mayın 19-da hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağacağı ehtimalı var.

cənub-qərb əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında əksər rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 1° şaxtadan 4-dək isti, gündüz 4-8° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax