Əsas məzmuna keç

Bayram günlərində təcili tibbi yardım xidmətinə 15 mindən çox müraciət daxil olub

Bayram günlərində təcili tibbi yardım xidmətinə 15 mindən çox müraciət daxil olub

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 15 mindən çox müraciət daxil olub. Bu barədə "Operativ Məlumat...

Novruz ilə əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 15 mindən çox müraciət daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, qeyri-iş günlərində Təcili və Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bildirilib ki, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20-26 martda 15 763 daxil olub.

Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən 1 596 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Daha çox 21, 22 və 23 martda müraciət qeydə alınıb. Belə ki, martın 21-də müraciət sayı 2 311, hospitalizasiya olunanların sayı 247, martın 22-də müraciət sayı 2 366, hospitalizasiya olunanların sayı 214, martın 23-də isə müraciət sayı 2 314, hospitalizasiya olunanların sayı isə 252 təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik , kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…