Operativ Məlumat Mərkəzi

Bayram Beqay: "Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"

2 dəq
Paylaş:
Bayram Beqay: "Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"

“Albaniya Cənubi Qafqazda etibarlı tərəfdaşlar və təşkilatların vasitəçiliyi ilə uzunmüddətli sülhün olunmasını dəstəkləyib və dəstəkləyəcək. Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və BMT Şurasının qətnamələrinin icrasını dəstəkləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

“Hətta Qərbi Balkan regionunda da dialoq vacibdir ki, biz bir-birimizə keçmişin kini deyil, gələcəyin imkanları baxımından yanaşaq. Mən Qərbi Balkanlarda regional sabitliyin zəruri element olması ilə bağlı əminliyimi ifadə etdim. Serbiya və Kosovo mübahisənin həlli və aralarında yeni ruhunun yaradılması ilə bağlı danışıqlarında iştirak edən tərəflərdir. Tərəflərin öz aralarında və beynəlxalq forumlarda irəli sürdükləri arqumentlərə hörmət dayanıqlı sülhün bərqərar olması üçün istiqamətverici məqamlar olmalıdır”, - deyə Albaniya Prezidenti əlavə edib.

Bayram Beqay vurğulayıb ki, münaqişə əvəzinə firavanlıq ikitərəfli və regional tərəqqi üçün kompas olmalıdır, bu nə qədər tez baş versə, xalqlarımız ondan bəhrələnəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax