Əsas məzmuna keç

Basqalda Dəmirçi Bazar küçəsi yenidən qurularaq istifadəyə verilib

Basqalda Dəmirçi Bazar küçəsi yenidən qurularaq istifadəyə verilib

bunu Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, küçədə həm yol...

Basqaldakı bərpa işləri çərçivəsində qəsəbənin əsas küçələrindən biri – Dəmirçi Bazar küçəsi tam yenidən qurulub və istifadəyə verilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Basqala ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, küçədə həm yol , həm də elementləri bərpa olunub: "Dəmirçi Bazar küçəsində döşəmə daşları tamamilə yenilənib, tarixi divarlar restavrasiya edilib. Hazırda küçə tam istifadəyə verilib və turistlərin rahat hərəkəti üçün zəruri yaradılıb".

Sədr vurğulayıb ki, bərpa zamanı orijinal memarlıq üslubuna maksimum sadiqlik təmin olunub: "Dəyişdirilmiş divarların strukturu tarixi formaya uyğunlaşdırılıb, küçə boyunca işıqlandırma sistemi yenilənib. Məqsəd Basqalın görünüşünü qoruyaraq müasir infrastrukturla uzlaşdırmaqdır".

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…