Operativ Məlumat Mərkəzi

Baş prokuror: Ötən il vətəndaşların özəl sektorla bağlı ən çox müraciəti tikinti şirkətlərindən olub

2 dəq
Paylaş:
Baş prokuror: Ötən il vətəndaşların özəl sektorla bağlı ən çox müraciəti tikinti şirkətlərindən olub

Baş Prokurorluğa özəl sektorlarla bağlı ən çox müraciət edənlər sadə vətəndaşlardır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “LEGIS” Regional Hüquq Forumunda deyib.

O bildirib ki, 4613 müraciət isə sıravi vətəndaşlar tərəfindən özəl sektor nümayəndələri barəsində edilən şikayətlərdir:

“Bunun ən çoxu şirkətləri ilə bağlıdır. Tikinti şirkətləri bəzən bir evi bir neçə adama satırlar. Təbii olaraq bu cür şikayətlər Baş tərəfindən çox ciddi şəkildə araşdırılır. Bu müraciətlər əsasında çoxsaylı cinayət işləri açılır”.

“158 müraciət özəl sektor nümayəndələri dövlət orqanları barədə müraciət ediblər. Belə olan halda prokurorluq orqanları özəl sektor nümayəndələrinin hüquqlarının müdafiə edilməsində fəal iştirak edirlər. 135 şikayət özəl sektor nümayəndələrinin öz əməkdaşları barəsində müraciətləridir. Bunlar adətən əməkdaşların mənimsəməyə yol vermələri ilə bağlı olur.

105 müraciət özəl sektor nümayəndələrinin digər özəl sektor nümayəndələri barəsində olan müraciətləridir. 451 müraciət isə işçilərin öz çalışıdığı şirkətlərlə bağlı şikayətləridir. Onlar şikayətlərində çalışdığı şirkətlərin rəhbərlərinin qanunsuz əməlləri ilə bağlı məlumatlar veriblər” – deyə Kamran Əliyev deyib.

O bildirib ki, 77 müraciət isə dövlət qurumları tərəfindən özəl sektorda fəaliyyət göstərən şirkətlərin qanunsuz əməlləri ilə bağlı olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax