Əsas məzmuna keç

Baş prokuror: 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb

Baş prokuror: 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb

“2024-cü ildə ölkədə 33 min 379 cinayət qeydə alınıb”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kamran 2024-cü ildə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib. Baş prokuror bildirib ki, 2024-cü il ərzində 2023-cü illə müqayisədə 3432 (9,3%) fakt cinayət az qeydə alınıb.

Həmçinin, əlavə edilib ki, 2024-cü ildə ölkə ərazisində 33 min 379 cinayət qeydə alınmaqla onların 87,6 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 17 min 155 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1086-sı prokurorluq orqanlarında isintaq edilib.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 928 şəxs barəsində 735 , ümumilikdə isə digər istintaq qurumları ilə birgə 14 min 983 şəxs barəsində 13 min 551 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…