Operativ Məlumat Mərkəzi

“Barselona” oyunçuların qeydiyyatında problemlərlə üzləşib

2 dəq
Paylaş:
“Barselona” oyunçuların qeydiyyatında problemlərlə üzləşib

“Barselona” futbol klubu yeni öncəsi oyunçuların qeydiyyatı ilə bağlı ciddi maliyyə çətinlikləri yaşayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, klub maliyyə feyr-pley qaydalarına tam əməl etmədiyi üçün bir neçə futbolçunun hələ də La Liqanın 2024/25 mövsümündə iştirak üçün qeydiyyatı rəsmiləşdirilməyib.

Söhbət yeni transfer olunan , Runi Barji və Joan Qarsiya, eləcə də müqavilələri uzadılan Voytsex və Xerard Martindən gedir.

Əsas problem kimi klubun yeni mövsüm üçün büdcəsinin audit yoxlamasının hələ başa çatmaması və stadionun VIP oturacaqlarından əldə edilən gəlirin rəsmi şəkildə təsdiqlənməməsi göstərilir. Bu maliyyə detalları “Barselona”nın ümumi büdcəsinə təsir etdiyindən, oyunçu satışına ehtiyac qalmadan vəziyyəti balanslaşdırmaq məqsədi daşıyır.

Klub rəhbərliyi vəziyyəti avqustun 10-dək həll etməyə çalışır və oyunçuların qeydiyyatının mümkün olacağına edir.

Xatırladaq ki, Markus Reşford daha əvvəl verdiyi müsahibədə “Barselona”nın onu qeydiyyatdan keçirə bilməyəcəyinə dair yayılan xəbərlərə münasibət bildirib və klubun bu problemi qısa zamanda həll edəcəyinə inandığını vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr