Operativ Məlumat Mərkəzi

Balidə güclü daşqın - ölənlər var

2 dəq
Paylaş:
Balidə güclü daşqın - ölənlər var

İndoneziyanın Bali adasında və Nusa Tenggara əyalətində güclü yağışların səbəb daşqın və sürüşmələri olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, abağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, nəticəsində 20 nəfər həyatını itirib, 6 nəfər isə itkin düşüb.

Ölkədə 8 sentyabrda başlayan güclü yağışlar, Bali adası və Şərqi Nusa Tenggara əyalətində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Rəsmilər bildiriblər ki, daşqın sularının çəkilməsindən sonra itkin düşən 6 nəfəri tapmaq üçün qurtarma qrupları çaylarda və kəndlərdəki dağıntılar arasında axtarış-xilasetmə işlərinə başlayıblar.

Yağışlardan sonra çayların daşması nəticəsində Bali adasında 9 şəhər və rayon zərər çəkib, yüksələn sular səbəbilə ən azı 120 məhəllə su altında qalıb və bir çox yerdə torpaq sürüşmələri baş verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax