Operativ Məlumat Mərkəzi

Bakının 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

2 dəq
Paylaş:
Bakının 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Bu gün Bakının Sabunçu, , və Binəqədi rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq. Bu səbəbdən “Albalı”, “Maştağa QPS kollektor”, “Maştağa-2”, “Neft Terminalı”, “Albalı YDM”, “Agroland” və “Azpetrol LTD” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Buzovna qəsəbələrinin Albalılıq massivinin, Xəzər rayonunun Binə qəsəbəsinin Atçılıq yaşayış massivinin qaz təchizatı dayandırılacaq.

Həmçinin paytaxtın Yasamal rayonunun Dadaş Bünyadzadə, Əsəd Əhmədov, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Vasif Əliyev, Zaur Kərimov, Məhəmməd Xiyabani küçələrinin bir hissəsində və Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax