Əsas məzmuna keç

Bakının 2 qəsəbəsində hepatit virusu yayılıb, profilaktik tədbirlər görülür

Bakının 2 qəsəbəsində hepatit virusu yayılıb, profilaktik tədbirlər görülür

bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb. Bildirilib ki, xəstəliyin yayılması ilə bağlı tədbirlər davam...

Bakı şəhəri Suraxanı rayonu və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından yoluxucu “A” virusu xəstəliyi yayılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, xəstəliyin yayılması ilə bağlı tədbirlər davam etdirilir:

"Aparılan tədbirlər ilə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri ilə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçirilir. Profilaktik tədbir olaraq su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su anbarının ərazisində 1 ədəd xlor tərkibli reagent dozalayıcı nasos quraşdırılıb. Eyni zamanda, “Azərsu” ASC-nin Suraxanı rayon Sukanal idarəsinin mütəxəssisləri rayon GEM-nin əməkdaşları ilə birgə fərdi yaşayış evlərində yerləşən ehtiyat su çənlərinin yuyulub dezinfeksiya edilməsi ilə bağlı tədbirlər həyata keçirilib", - məlumatda vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…