Operativ Məlumat Mərkəzi

Bakıda xadimə çalışdığı evdən 50 min manatlıq qızıl oğurlayıb

1 dəq
Paylaş:
Bakıda xadimə çalışdığı evdən 50 min manatlıq qızıl oğurlayıb

Paytaxtın rayonunda talama cinayəti baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Badamdar qəsəbə sakininin evindən 50 dəyərində qızıl- əşyaları oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Səbail RPİ-nin 41-ci Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin evdə xadimə kimi çalışan 50 M.Abdullayeva şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun qızıl-zinət əşyalarını ayrı-ayrı vaxtlarda hissə-hissə evdən oğurladığı müəyyən olunub.

İdarənin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə iki vətəndaşın ümumilikdə 2470 manat nağd pul və bank kartlarını oğurlamaqda şübhəli bilinən 21 yaşlı N.İsmayılova da tutulub.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax