Əsas məzmuna keç

Bakıda uşaqlar arasında ən çox hansı xəstəliklər yayılır?

Bakıda uşaqlar arasında ən çox hansı xəstəliklər yayılır?

Bakı Baş Səhiyyə Mərkəzinin hazırladığı hesabata görə, 2022-ci il üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində aşkar olunmuş xəstəliklər arasında...

Ötən il şəhəri üzrə uşaqların dispanserizasiyası nəticəsində ən çox göz, həzm, tənəffüs və sümük-əzələ xəstəliklərinə rast gəlinib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin hazırladığı hesabata görə, 2022-ci il üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində aşkar olunmuş arasında göz xəstəlikləri 25 % (əsasən yaxındangörmə), həzm sistemi 20% (əsasən stomatoloji), tənəffüs sistemi 13.5 % (əsasən lor), sümük-əzələ sistemi 12.3 % (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.

Bildirilib ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tapşırığına əsasən, 2022-ci ilin fevral ayından etibarən təhsil müəssisələrində uşaqların icbari dispanserizasiyası prosesi gücləndirilib. Bu məqsədlə uşaqlara ambulator tibbi xidmət göstərən uşaq poliklinikaları tərəfindən tərtib olunmuş müayinə planına uyğun olaraq, həkim briqadaları yenidən təşkil olunub və arasında aparılan müalicə-profilaktika tədbirləri sürətləndirilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…