Əsas məzmuna keç

Bakıda sürücü yük avtomobilini polisin üzərinə sürüb

Bakıda sürücü yük avtomobilini polisin üzərinə sürüb

Bakıda sürücü yük avtomobilini polisin üzərinə sürüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Dövlət İdarəsindən (BDYPİ) məlumat verilib.

24.05.2023-cü il tarixdə, saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 47.5-ci km-də “KamAz” markalı, 16-BD-057 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü İsmayılov Dilən oğlu apardığı yükün çəkisinin müəyyən edilməsi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Lakin, vasitəsinin tərəziyə çıxarılması barədə göstərişə aqressiv reaksiya verən sürücü Rövşən İsmayılov polisin tələbini yerinə yetirməkdən qərəzli şəkildə imtina edib və avtomobili əməkdaşlarının üzərinə sürməyə cəhd edərək ərazidən uzaqlaşmağa çalışıb.

Görülmüş tədbirlər nəticəsində yük avtomobilinin sürücüsü saxlanılıb və polisin qanuni tələbinə əməl etmədiyinə görə barəsində müvafiq sənədləşmə aparılaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə R.İsmayılov təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…