Operativ Məlumat Mərkəzi

Bakıda sursat aşkar edilib

1 dəq
Paylaş:
Bakıda sursat aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin “112” xəttinə Bakı şəhəri, Xəzər rayonu ərazisində aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirliyin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd partladıcısı üzərində olan F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax