Operativ Məlumat Mərkəzi

Bakıda silahlı insidentin təfərrüatları məlum oldu - Başına silah dayayıb 30 milyon istədi

1 dəq
Paylaş:
Bakıda silahlı insidentin təfərrüatları məlum oldu - Başına silah dayayıb 30 milyon istədi

Xəbər verdiyimiz kimi, sentyabrın 9-u saatlarında Binəqədi rayonu Abay küçəsində evə silahlı basqın olub. Polis əməkdaşları bir ailəni cinayətkarın əlindən xilas edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Baku TV-yə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, cinayətkarlar saat 21:00 radələrində evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra isə mənzilə daxil olublar.

Silahlı şəxs ev sahibinin başına dayayaraq 30 milyon dollar tələb edib.

Evdə baş verənləri kameradan izləyən ailə üzvlərindən biri polisə zəng edib və əraziyə dərhal əməkdaşları cəlb olunub. Hadisəni törətməkdə şübhəli bilinən Eldəniz zərərsizləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax