Operativ Məlumat Mərkəzi

Bakıda qumbara aşkarlanıb

1 dəq
Paylaş:
Bakıda qumbara aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin “112” xəttinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində sursat edilməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə qrupu hadisə yerinə cəlb edilib:

"Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd M-75 əl qumbarası, 1 ədəd M-75 P1 partladıcısı, 18 ədəd 7,62 mm-lik atıcı silah mərmisi, 1 ədəd AKM güllə sandığı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb".

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax