Əsas məzmuna keç

Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxs saxlanılıb

Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxs saxlanılıb

Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxs saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat...

Bakıda edib Tərtərdə şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 7-də səhər saatlarında paytaxtın rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. Bir qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. O, bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındakı 50 manatını talayaraq hadisə yerindən qaçıb.

Nizami Rayon İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və quldurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 55 yaşlı Zaman Bayramov polis əməkdaşları tərəfindən Tərtər rayonunda müəyyən edilərək saxlanılıb. Aparılan araşdırmalarla saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazasında satdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…