Operativ Məlumat Mərkəzi

Bakıda sürücünün avtomobilindən külli miqdarda marixuana aşkarlanıb

2 dəq
Paylaş:
Bakıda sürücünün avtomobilindən külli miqdarda marixuana aşkarlanıb

Binəqədi rayonunda yol polisləri narkotikin altında olan sürücünün avtobilindən külli miqdarda marixuana aşkarlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Belə ki, paytaxt sakini 2003-cü il təvəllüdlün Quluzadənin idarə etdiyi “Khazar SD” markalı, 99-PZ-630 dövlət qeydiyyat nişanlı vasitəsi Binəqədi rayonu ərazisində şöbə əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Ə.Quluzadənin narkotik maddə qəbul etməsi müəyyən edilib.

Sürücü izahatında şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq narkokuryerliyə cəlb edildiyini və həmin şəxsin ölkəyə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri qəbul etdiyini bildirib. Ə.Quluzadənin avtomobilinə baxış zamanı oradan satış üçün 35 ədəd kibrit qutusunda qablaşdırılan külli miqdarda marixuana aşkar edilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax