Operativ Məlumat Mərkəzi

Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

2 dəq
Paylaş:
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Bakıda narkotik vasitənin təsiri altında idarə edən sürücü həbs edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən qaydasını pozduğu üçün “BMW” markalı, 90-BY-008 dövlət qeydiyyat nişanlı vasitəsinin sürücüsü İlkin Qarayev saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı İ.Qarayevin qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Qarayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax