Operativ Məlumat Mərkəzi

Bakıda narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb

1 dəq
Paylaş:
Bakıda narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb

Bakıda narkokuryerliklə olmaqda şübhəli 6 nəfər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən zamanı İlkin Dadaşov, Natiq Yusifov, Ruslan İsmayılov, Vüqar , Qaryağdı Ruşanov və Elşən Muradov saxlanılıblar.

Onlardan ümumilikdə 23 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını etməyi planlaşdırıblar.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Bakı şəhərində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 7 şəxs saxlanılaraq istintaqa təqdim edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax