Operativ Məlumat Mərkəzi

Bakıda mozaikaların bərpası davam edir - FOTO

2 dəq
Paylaş:
Bakıda mozaikaların bərpası davam edir - FOTO

Bakıda mozaikaların bərpası davam edir.

Bakı Şəhər İcra Hakimiyyətindən "Operativ Məlumat Mərkəzi-OMM" xəbərə görə, Bakının bir sıra rayonlarındakı bəzi bina və parkları bəzəyən, xalqımızın tarixi- irsinin formalarından biri olan mozaika kompozisiyaları mövcuddur.

Qeyd edilib ki, xalq tətbiqi sənətinin geniş istifadə edildiyi bu formaya müvafiq diqqət yetirilmədiyindən XX əsrdə yaradılan mozaika kompozisiyalarında restavrasiya işləri aparılmasına ciddi ehtiyac yaranıb. Bununla əlaqədar Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin bir çox ərazilərində nadir monumental sənət nümunəsi olan mozaikanın bərpası üzrə işlər həyata keçirilib, bir sıra ünvanlarda bu mozaikalar olunub.
Aparılan bərpa işləri artıq Nizami rayonu, Heydər Əliyev prospektində müəssisənin qarşısında və Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsindəki Suraxanı Dəmiryolu keçidinin qarşısında yekunlaşıb.
Hazırda işlər digər ünvanlarda da davam etdirilir. Bu layihə paytaxtın mədəni həyatında yeni bir səhifə açaraq, zamanın itirilmiş nəfəsini şəhər sakinlərinə və gələcək nəsillərə qaytarır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax