Əsas məzmuna keç

Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə S.Camal məhkəmə zalından azadlığa buraxılıb, R.Əliyev isə 3 il...

Bakıda mənzildən etməkdə Camal və Ramiz Əliyevə hökm oxunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə S.Camal məhkəmə zalından azadlığa buraxılıb, R. isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin mayında Xətai rayonunda qeydə alınıb. Rayon İdarəsinin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62 000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş R.Əliyev və Bakı şəhər sakini C.Sultan müəyyən edilərək saxlanılıblar.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…