Operativ Məlumat Mərkəzi

Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

2 dəq
Paylaş:
Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə S.Camal məhkəmə zalından azadlığa buraxılıb, R.Əliyev isə 3 il...

Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən Sultan Camal və Ramiz Əliyevə hökm oxunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə S.Camal məhkəmə zalından azadlığa buraxılıb, R.Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin mayında Xətai rayonunda qeydə alınıb. Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62 000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş R.Əliyev və Bakı şəhər sakini C.Sultan müəyyən edilərək saxlanılıblar.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər