Operativ Məlumat Mərkəzi

Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edilib - VİDEO

2 dəq
Paylaş:
Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edilib - VİDEO

Bakı şəhərinin Xətai və digər rayonlarında marketlərdən silsilə oğurluqlar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, polis marketlərdən 50 dəyərində edən şəxsləri saxlayıb.

Naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə xüsusi maskalarla kamuflyaj olunaraq 10-dan artıq marketi talayıblar. Onlar həmin marketlərdən 6 min manat dəyərində tütün məmulatı, ödəmə terminalları və kassalardan ümumilikdə 44 min 500 manata yaxın nağd pul vəsaitini ələ keçiriblər.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən -axtarış tədbirləri nəticəsində talama cinayətlərini törətməkdə təqsirli bilinən məhkum olunmuşlar - 25 yaşlı Ərəstun Məmmədov və həmyaşıdı Rəhman Məhərrəmov saxlanılıblar. Onların törətdikləri cinayət əməlləri təhülkəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax