Operativ Məlumat Mərkəzi

Bakıda küləyin sürəti 30 m/s-ə çatır - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Bakıda küləyin sürəti 30 m/s-ə çatır - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 18.00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli, yağıntılı davam edir.

Xidmətdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Bakıda və yarımadasında, Balakən, Gəncə, Şəmkir, Qusar, Şəki, Zaqatala, Şabran, Cəfərxan, Lənkəran, Neftçala, Biləsuvar, Beyləqanda arabir yağış, Gədəbəy, Daşkəsən, Xaçmaz, Xaltan, Sarıbaş (Qax), Qubada, Zaqatala rayonunun ərazilərində (Əlibəy) qar yağıb.

Külək: Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Naftalanda 28 m/s, Gəncədə 24 m/s, Tərtərdə 23 m/s, Neftçala, Tovuz, Şahdağda 20 m/s, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Ceyrançöl, Şəmkirdə 16 m/s-dək güclənib. Neft Daşlarının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Duman: Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Cəfərxan, Hacıqabul, Lerik, Yardımlıda müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcə şaxta, aran rayonlarında 12 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax