Operativ Məlumat Mərkəzi

Bakıda istehsalat müəssisəsi yanıb - VİDEO - YENİLƏNİB

3 dəq
Paylaş:
Bakıda istehsalat müəssisəsi yanıb - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində materialları sexindəki yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin hadisə ilə bağlı açıqlamasında bildirilir.

Açıqlamada həmçinin bildirilib ki, yanğından mühafizə bölmələrinin peşəkar fəaliyyəti sayəsində yanğının genişlənərək ətrafdakı tikililərə, o cümlədən yaxınlıqdakı yaşayış evlərinə keçməsinə imkan verilməyib.

***

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə , Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə ətrafa yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Yanğınla mübarizə tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunub.

***

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində müəssisəsi yanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə birqadası cəlb olunub.

Yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax