Operativ Məlumat Mərkəzi

Bakıda gənc reper itkin düşüb

1 dəq
Paylaş:
Bakıda gənc reper itkin düşüb

Bakıda kimi 1995-ci il təvəllüdlü İbrahim Nəzərli itkin düşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə onun yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, o, noyabrın 9-da, saat 15:00 radələrində, Qaradağ rayonu Sahil qəsəbəsində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən əynində göy rəngli cins , ağ qara qarışıqlı idman ayaqqabısı, əynində ağ rəngdə kofta, qara papaqlı idman gödəkçəsi olub.

Hadisə ilə bağlı polisə məlumat verilib.

İ.Nəzərlini görən və ya onun barəsində məlumatı olanlardan 050 644 33 15 nömrəli telefona və ya Daxili İşlər Nazirliyinin ‘’102’’ -zəng mərkəzinə xəbər vermələri xahiş olunur.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax