Əsas məzmuna keç

Bakıda “Gənc Fest” festivalı keçiriləcək

Bakıda “Gənc Fest” festivalı keçiriləcək

Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında 4 gün davam edəcək tədbirə 16 yaşdan 29 yaşadək hər kəs qatıla bilər. Ulu Öndər Heydər...

və İdman Nazirliyi və Bakı Şəhər Halqası Şirkətinin birgə təşkilatçılığı ilə sentyabrın 21-24-də Bakıda “ Fest” festivalı keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Su İdmanı Sarayı ərazisində Avropa Oyunları Parkında 4 gün davam edəcək tədbirə 16 yaşdan 29 yaşadək hər kəs qatıla bilər.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv fəaliyyətlər təşkil olunacaq, iştirakçılar sertifikat qazanmaq şansı əldə edəcəklər.

Festival günlərində canlı musiqi, DJ və əyləncəli proqramlar gənclərə rəngarəng anlar yaşadacaq.

Unudulmaz gənclər tədbirinə qatılmaq istəyənlər www.gencfest.az səhifəsində qeydiyyatdan keçə bilərlər. Tədbir məkanına giriş yalnız kartı ilə mümkündür.

Onlayn qeydiyyatdan keçdikdən sonra qeydiyyat kartları (akkreditasiya) sentyabrın 18-dən 20-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsində yerləşən BCC Akademiyadan (saat 09:00-dan 19:00-dək) şəxsiyyət vəsiqəsini göstərməklə götürmək olar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…