Operativ Məlumat Mərkəzi

Bakıda yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırıldı

2 dəq
Paylaş:
Bakıda yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırıldı

"Son 9 ildə ilk dəfə olaraq, Formula 1 həftəsindən sonra cəmi 12 saat ərzində yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırılıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şəhər Halqası Şirkətindən məlumat verilib.

Bildirilib ki, Formula 1 Qran-Prisi 2025 başa çatdıqdan sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki tribunalarda tam işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb. Söküntü işlərinin ilk gecəsində, saat 06:00-dan etibarən, Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissə istisna olmaqla, hərəkət tam bərpa edilib.

Qeyd edək ki, yarış həftəsində bağlı olan yolların əksər hissəsi, şəhərdə tıxacların azaldılması məqsədilə, müəyyən vaxt intervalında sürücülərin istifadəsinə açıq olub.

"Bakı Şəhər Halqası Əməliyyat şəhər sakinlərinə və sürücülərə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir", - məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax