Əsas məzmuna keç

Bakıda çimərlikdə boğulmaqda olan qadın xilas edilib

Bakıda çimərlikdə boğulmaqda olan qadın xilas edilib

Bakıda çimərlikdə boğulmaqda olan qadın xilas edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) xidmətindən bildirilib.

Belə ki, nazirliyin “112” xəttinə Bakı şəhərinin Sabunçu rayonu çimərliyi ərazisində 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Qızılqum” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1974-cü il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…