Operativ Məlumat Mərkəzi

Bakıda bu səbəbə görə su yoxdur - RƏSMİ ACIQLAMA

2 dəq
Paylaş:
Bakıda bu səbəbə görə su yoxdur - RƏSMİ ACIQLAMA

Oğuz-Qəbələ xətti vasitəsilə içməli su ilə təmin olunan ərazilərə hesabına suyun verilməsi üçün bütün işlər görülür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Reporta açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin xidmətinin rəhbəri Ceyhun Musaoğlu deyib.

O bildirib ki, indiki məqamda suyun bütün evlərə gəlib çatmasında problem var:

" Oğuz-Qəbələ xəttindən əlavə xətlərlə şəhərə gələn su digər əraziləri qidalandırır. Bütün bu kimi təbii çətinliklərə baxmayaraq, müxtəlif qrafiklər üzrə qısa zaman müddətində sakinlərə su verilir".

Qeyd edək ki, Oğuz-Qəbələ kəmərində təmir-bərpa işləri aparması nəicəsində Bakının Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsində problem yaranıb. Oğuz-Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-da axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax