Operativ Məlumat Mərkəzi

Bakıda arvadını öldürməkdə şübhəli bilinən ər tutulub

1 dəq
Paylaş:
Bakıda arvadını öldürməkdə şübhəli bilinən ər tutulub

Aprelin 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Aygül Quliyevanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon Prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, araşdırmalarla 1979-cu il təvəllüdlü Rəşad Quliyevin Binəqədi rayonu, küçəsi ərazisində evlərdən birində şəxsi münasibətlər zəminində bıçaqla xəsarət yetirərək arvadı Aygül Quliyevanı qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanıb. R.Quliyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax