Operativ Məlumat Mərkəzi

Bakıda 96 mindən çox aksiz markasız siqaret aşkar edilib

1 dəq
Paylaş:
Bakıda 96 mindən çox aksiz markasız siqaret aşkar edilib

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində iki fakt üzrə üzərində Respublikasının aksiz markası olmayan külli miqdarda siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

DGK-nin Mətbuat və İctimaiyyətlə İdarəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu ərazisində və anbar kimi istifadə edilən sahəsindən 51 200 ədəd, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evindən isə 45 000 ədəd olmaqla, ümumilikdə iki fakt üzrə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 96 200 ədəd aşkar edilərək realizə olunmasının qarşısı alınıb.

Faktlarla bağlı araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax