Operativ Məlumat Mərkəzi

Bakıda 40 dərəcə isti olacaq

1 dəq
Paylaş:
Bakıda 40 dərəcə isti olacaq

Azərbaycanda iyulun 14-də gözlənilən açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Bakıda və yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Zəif şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.

Havanın temperaturu gecə 21-26°, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 757 civə sütunundan 754 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18°, gündüz 28-33° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax