Operativ Məlumat Mərkəzi

Bakıda 38, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ

2 dəq
Paylaş:
Bakıda 38, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda avqustun 8-də 41 dərəcə isti gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Bakıda və yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-28 isti, gündüz 34-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, çaxacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax