Operativ Məlumat Mərkəzi

Bakıda 10 kiloqram narkotik dövriyyədən çıxarılıb

1 dəq
Paylaş:
Bakıda 10 kiloqram narkotik dövriyyədən çıxarılıb

Bakıda 10 narkotik dövriyyədən çıxarılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal rayonunda keçirilən əməliyyatla də analoji cinayətə görə məhkum olunmuş 1991-ci il təvəllüdlü Vasif İsmayılov saxlanılıb. Onun sərnişin qismində əyləşdiyi avtomobilə baxış zamanı 10 kiloqram 65 qram marixuana aşkarlanıb.

V.İsmayılov ifadəsində narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından aldığını və hissələrə ayırmaqla sataraq qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.

Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb, araşdırmalar davam etdirilir.

Polis bütün ölkəboyu narkotiklərlə əlaqəli və nəzarət-profilaktik tədbirləri bundan sonra da qətiyyətlə davam etdirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax