Operativ Məlumat Mərkəzi

Azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

1 dəq
Paylaş:
Azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sumqayıtda azyaşlını qəsdən öldürməkdə şübhəli şəxs tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Qeyd edilib ki, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax