Operativ Məlumat Mərkəzi

Azərbaycanla Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

2 dəq
Paylaş:
Azərbaycanla Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Respublikası ilə Respublikası arasında imzalanan ikitərəfli hərbi planına əsasən, Müdafiə Nazirliyinin Tibb İdarəsində görüş keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin vəzifəsini icra edən tibb polkovnik-leytenantı Anar İsmayılov və Qırğız Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti polkovniki Amanbai Matisakov hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Sonra qırğızıstanlı nümayəndə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzini ziyarət edib, burada yaradılan şəraitlə tanış olaraq hərbi tibb sahəsində xidmət edən həkimlərin fəaliyyətlərini izləyib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax