Operativ Məlumat Mərkəzi

Azərbaycanın sərbəst güləşçiləri olimpiada üçün Fransaya yollanıblar

1 dəq
Paylaş:
Azərbaycanın sərbəst güləşçiləri olimpiada üçün Fransaya yollanıblar

Güləş üzrə Azərbaycanın olimpiya komandasının son heyəti Fransaya yollanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, sərbəst güləş üzrə yığmanın üzvləri – Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (130 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüb.

Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak edib.

Avqustun 8-də Əliabbasla Osman, növbəti gün Turan və Giorgi, ayın 10-da isə Hacı ilə Maqomedxan mübarizəyə başlayacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax