Operativ Məlumat Mərkəzi

Azərbaycanın müxtəlif yaradıcı peşə sahibləri Xudavəng monastrını ziyarət edib

2 dəq
Paylaş:
Azərbaycanın müxtəlif yaradıcı peşə sahibləri Xudavəng monastrını ziyarət edib

Müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların, videoqrafların və Ağdərə rayonu ərazisinə infoturu təşkil edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ("Qaçqınkom") məlumat verilib.

Bildirilib ki, "Qaçqınkom", Kəlbəcər rayonunda və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilən infoturda İlham Əliyevin rəhbərliyi ilə rayonda aparılan bərpa-quruculuq işləri, yerli əhalinin doğma yurda geri qayıdışa hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər haqqında infotur iştirakçılarına ətraflı məlumat verilib.

Qonaqlar səfər çərçivəsində Kəlbəcər şəhərini, qədim alban məbədi monastrını ziyarət edib, Sərsəng su anbarının yerləşdiyi ərazidə olub, videoçəkiliş ediblər. Onlar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının 3.1.2-ci bəndinin icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura infoturları təşkil edir

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax