Operativ Məlumat Mərkəzi

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB

2 dəq
Paylaş:
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB

Azərbaycanın ilk Ombudsmanı (İnsan Hüquqları üzrə Müvəkkili) Elmira Süleymanova II xiyabanda dəfn olunub. AZƏRTAC xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, ailə üzvləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili () Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.

***

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, o, 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.

O, İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "" və “Şərəf” ordeni ilə təltif edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax