Operativ Məlumat Mərkəzi

Azərbaycanın bir qrup media nümayəndəsi NATO-nun Baş qərargahını ziyarət edib - YENİLƏNİB

2 dəq
Paylaş:
Azərbaycanın bir qrup media nümayəndəsi NATO-nun Baş qərargahını ziyarət edib - YENİLƏNİB

27 avqust 2025-ci il tarixində Respublikasının mətbuat nümayəndələrindən ibarət heyət NATO mənzil-qərargahına səfər edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın NATO-dakı Nümayəndəliyindən məlumat verillib.

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə təsadüf edən bu ilki səfər çərçivəsində NATO-nun müxtəlif struktur vahidləri tərəfindən Alyansın cari gündəliyi, habelə diplomatiya və strateji kommunikasiyalar, dezinformasiyaya qarşı mübarizə sahəsində təcrübəsi və yanaşmaları, , həmçinin media məkanında texnoloji yeniliklər və innovativ üsulların tətbiqi və digər bu kimi mövzulara həsr olunan brifinqlərdə iştirak edib.

Nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyini edib.

***

Azərbaycanın bir qrup media nümayəndəsi NATO-nun Brüsseldəki Baş qərargahını ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfər NATO-nun İctimai Diplomatiya İdarəsinin dəstəyi ilə həyata keçirilib.

Nümayəndələr NATO-ya və onun İctimai Diplomatiya İdarəsinə təşkilati dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, builki səfər xüsusi əhəmiyyət daşıyır, çünki Azərbaycan Milli mətbuatının 150 illiyi ilə üst-üstə düşür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax