Operativ Məlumat Mərkəzi

Azərbaycanda xarici film istehsalçısına xərclər qismən geri ödəniləcək

2 dəq
Paylaş:
Azərbaycanda xarici film istehsalçısına xərclər qismən geri ödəniləcək

Azərbaycanda xarici film istehsalçısına da qismən geri ödəniləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları”nda əksini tapıb .

Qaydaya əsasən, qismən geri ödənilmə ilə bağlı müraciət edən şəxs xarici filmlər üçün filmin xarici istehsalçısının Respublikasında etdiyi, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş şəxs və ya xarici film istehsalı göstərən hüquqi şəxslərin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş filialları, birgə istehsal filmləri üçün isə filmin yerli birgə istehsalçısı olmalıdır.

Barəsində qismən geri ödənilmə üçün müraciət edilən film Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamalıdır.

Xarici film istehsalçısına dair tələblər aşağıdakılardır:

- istehsalı planlaşdırılan filmlə eyni növdən olan filmlərin çəkilişi ilə bağlı ən azı 3 (üç) il təcrübə;

- istehsalı planlaşdırılan filmə oxşar ən azı 2 (iki) filmin uğurlu istehsalı və yayımı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax