Operativ Məlumat Mərkəzi

Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olunub

2 dəq
Paylaş:
Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olunub

Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, və Ağdərə şəhərləri günü kimi təsis olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev Sərəncam imzalayıb.

Mədəniyyət Nazirliyinə Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanda hər il 26 avqust - Laçın şəhəri günü, 4 oktyabr - Cəbrayıl şəhəri günü, 17 oktyabr - Füzuli şəhəri günü, 20 oktyabr - Zəngilan şəhəri günü, 25 oktyabr - Qubadlı şəhəri günü, 8 noyabr - Şuşa şəhəri günü, 20 noyabr - Ağdam şəhəri günü, 25 noyabr - Kəlbəcər şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax