Operativ Məlumat Mərkəzi

Azərbaycanda qızılca ilə bağlı son durum açıqlanıb

2 dəq
Paylaş:
Azərbaycanda qızılca ilə bağlı son durum açıqlanıb

Qızılcanın müalicəsi ilə bağlı təminatı ən üst səviyyədədir.

"Operativ Məlumat Mərkəzi-OMM" verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə qızılca ilə bağlı vəziyyət stabildir: "Vətəndaşların tibb müəssisələrinə müraciətləri alınır. Valideynlər övladlarında qızılcanın hansısa simptomunu aşkar edərsə, birbaşa tibb müəssisələrinə müraciət etsinlər. Tibb müəssisələrimiz, həkimlərimiz, səhiyyə işçilərimiz buna hazırdır. Ehtiyac olarsa, müalicəyə cəlb olunacaqlar, bunun üçün də var. Dərman təminatı ən üst səviyyədədir. Çarpayı fondumuz kifayət qədərdir".

O qeyd edib ki, xəstəxanalarda heç bir sıxıntı yoxdur: "Biz görürük ki, vətəndaşlar evdə müalicəyə üstünlük verirlər, lakin bunun tərəfdarı deyilik. Bununla bağlı tibb müəssisələrinə xüsusi təlimatlar göndərilib. Sahə həkimləri öz ərazilərində həm xəstələrin, həm də onların ailə vəziyyətini dəyərləndirirlər. Hansı xəstənin stasionar müalicəyə ehtiyacı , xəstəxanaya yerləşdirilir, hansı xəstənin evdə müşahidəyə ehtiyacı varsa, evdə müşahidə altında saxlanılır. Bu iş keyfiyyətli şəkildə davam etdirilir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax