Operativ Məlumat Mərkəzi

Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur

1 dəq
Paylaş:
Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur
bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Düşünürəm ki, döyüşlərdə qısa və uzun müddət iştirak edən...

Azərbaycanda müharibə iştirakçıları qruplaşdırılmalı, döyüşlərdə qısa və uzun müddət iştirak etmiş şəxslər arasında fərq qoyulmalıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Düşünürəm ki, döyüşlərdə qısa və uzun müddət iştirak edən şəxslər arasında fərqin edilməsi daha ədalətli olardı. O zaman müəyyən kateqoriyalara ayrılan vəsaitin nəzərdən keçirilməsinə də baxa bilərik", - deyə o qeyd edib.

Bundan başqa, deputat edib ki, gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılsın: "Bu gün reallıq ondan ibarətdir ki, insanlar, xüsusilə qadınlar müəyyən bir yaşa gəldikdən sonra iş tapmaqda çəkirlər. Bu məsələ ilə də bağlı bizə müraciətlər var".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax