Əsas məzmuna keç

Azərbaycanda elektromobillərdən istifadənin əhatə dairəsi genişləndirilə bilər

Azərbaycanda elektromobillərdən istifadənin əhatə dairəsi genişləndirilə bilər

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən (elektromobil) istifadənin, enerji doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi...

Azərbaycanda mühərrikli vasitələrindən () istifadənin, enerji doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (AREA) bildirilib.

Məlumata görə, "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında" ölkə Prezidentinin Sərəncamından irəli gələn məsələlərin icrası məqsədilə görüş keçirilib. Görüş zamanı həmçinin ölkəmizdə enerji doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi və şəbəkəyə qoşulma ilə bağlı texniki məsələlər haqqında fikir mübadiləsi aparılıb, növbəti addımlar müzakirə edilib.

Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, nazirlik yanında Yerüstü Nəqliyyat Agentliyi, "Azərenerji" və "Azərişıq" ASC-lər, cəlb edilmiş məsləhətçi şirkətlərin nümayəndələri iştirak edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…